Menu

DSX-nin kursantı yol qəzasında ölüb

14.02.2023, 00:22
DSX-nin kursantı yol qəzasında ölüb

Fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Bu barədə Dövlət Sərhəd Xidməti feysbukda məlumat yayıb.

Bildirilib ki, DSX-nin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol