202-ci SAATDA GERÇƏKLƏŞƏN MÖCÜZƏ... - Daha 4 nəfər dağıntılar altından xilas edildi+ FOTOLAR

Kahramanmaraşda baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan insanların çıxarılması üçün axtarış-xilasetmə qrupları var gücləri ilə çalışırlar.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələnin 9-cu günündə daha 4 nəfər dağıntılar altından xilas edilib.

Qeyd olunur ki, Adıyamanda dağılmış binanın dağıntıları altında qalan 18 yaşlı Məhəmməd Cafer Çətin, 17 yaşlı Məhəmməd Enes və 20 yaşlı qardaşı Abdulbaki Yeninar 198 saatdan sonra xilas ediliblər.

Hatayda dağıntılar altında qalan Emine Akgül isə zəlzələnin 202-ci saatında sağ-salamat xilas edilib. Dağıntı qalıqlarını çıxaran qazmaçı operatorun diqqəti sayəsində 26 yaşlı gənc qadının xilas edildiyi bildirilib.

“AzPolitika.info”







635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar