"2 mərtəbəyə icazə alır, 5 mərtəbə tikir, 5 mərtəbəyə icazə alır, 7 mərtəbə tikir"
"Abşeron Nuhun gəmisinə bənzəyir, günün birində batacaq"
Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Türkiyədə baş verən dəhşətli zəlzələnin dərslərindən danışıb. Zəlzələ bölgəsində yaşayış binalarının tikintisinə ciddi nəzarət edilmədiyinə diqqətə çəkən millət vəkilinin fikrincə, geniş miqyaslı insan tələfatının səbəblərindən biri də budur:
"Kimlərinsə pul qazanmaq ehtirası insanların həyatını riskə atır. Türkiyədə həmin binaları inşa edənlərin bəziləri xaricə qaçmaq istəyirdilər. Sən hansı vicdanla yaşaya bilərsən xaricdə? Hələ çoxlarının cəsədi uçqunun altından çıxarılmayıb!
Təəssüf ki, Azərbaycanda da məsələlərə münasibət fərqli deyil. Cibimizi doldurmaq xətrinə insanların həyatını riskə atırıq. Bakıda, Yeni Yasamalda binaları bir-birinə o qədər yaxın tikiblər, heç arada yol da qoymayıblar. Buna necə icazə verilib, necə tikilib? Bu tikənlərin gözü ayaqlarının altını görmür?"

Millət vəkilinin sözlərinə görə, yalnız paytaxtda deyil, ətraf qəsəbələrdə də oxşar vəziyyət hökm sürür: "Xırdalanda səki belə qoymayıblar. O cür gözəl yerdə yaxşı planlaşdırma ilə evlər tikilə bilərdi. Amma insanların hərəkəti üçün səkini belə düşünməyiblər. Üstəlik 15 mərtəbəli binanın 1-ci mərtəbəsi tikilib, ikinci mərtəbədən onu sağdan və soldan 1-2 metrə qədər genişləndiriblər. Bunu özlərinə qazanc bilirlər. Bəs, başa düşmürlər ki, bu ayaqlar o yükü daşıya bilməz? Yaxud, zirzəmilər məsələsi olsun. Türkiyədə də göstərdilər bunu. Zirzəmilərdə alış-veriş yerini genişləndirmək üçün dirəkləri kəsir, sütunları doğrayırlar. Sən dirəyi kəsməklə orda yaşayanların ömrünü kəsirsən axı. Ona görə də Türkiyə zəlzələsi acı bir dərsdir. Hər kəs bunu görüb düşünməlidir. Şəxsi evlər tikənlər də buna diqqət etməlidir".
1902-ci i Şamaxı zəlzələsini xatırladan Sabir Rüstəmxanlı o zaman şəhərdə daş evlərin dağıldığını, molokanların evlərinin isə salamat qaldığını bildirib: "Bəyənmədiyimiz sovet dövründə hündürmərtəbəli, məsələn, 9 mərtəbəli ev tikiləndə onun təməli atılırdı və yarım il gözləyirdilər ki, möhkəmlənsin. Sonra baxırdılar ki, orda neçə mərtəbəli ev tikmək olar. İndi 2 mərtəbəyə icazə alır, 5 mərtəbə tikir, 5 mərtəbəyə icazə alır, 7 mərtəbə tikir. Bunun məsuliyyətini kim daşıyır? Kim buna icazə verir? Ən keyfiyyətsiz armaturlar, aşağı səviyyəli betondan istifadə olunur. İçəridə istifadə olunan avadanlıqlar, çilçıraqlar, divar kağızından başlamış bütün santexnika sisteminə qədər hər yerdə keyfiyyətsiz mallardan istifadə olunur ki, ucuz başa gəlsin".
Millət vəkili hesab edir ki, Azərbaycanda tikinti sektorunda ciddi araşdırma aparılmalıdır:
"Nəyə görə şəhərdə tikinti işləri ancaq müəyyən qrupların əlində olmalıdır? Burda korrupsiya, rüşvətxorluq, oğurluqla məşğul olan bir çevrə yaranıb. Müəyyən idarələrin çevrəsi var ki, oraya hər adam girə bilmir. Hər şeyi onlar həll edirlər. Mən vaxtilə Milli Məclisdə demişdim ki, Bakı, ümumiyyətlə, Abşeron Nuhun gəmisinə bənzəyir. Günün birində batacaq. Yeraltı suların üzə çıxmasına 1-2 metr qalır. Bütün Abşeronu birdən-birə su basa bilər. Belə bir şəraitdə bütün tikililər - zavodlar, fabriklər, digər müəssisələr buradadır. Üstəlik bu qədər sıx şəkildə. Yeni Yasamaldan o tərəfə Şubanı dağları var. Bir yol çəkin, tikintilərin bir hissəsini Şubanı dağlarına keçirin. Bir hissəsini Bakı-Şamaxı yoluna, digər hissəsini Ələt istiqamətində gedən yola. Verin iş adamlarına, orda yeni infrastruktur qursunlar, abadlaşdırıb bir sıra tikinti və binaları ora köçürsünlər. Niyə hamısını şəhərin içinə doldurursuz? Vaxtikən Bakının kanalizasiya məsələləri müzakirə olunanda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı mənə dedi ki, bilirsiz, bizim bəlamız odur ki, şəhərin kanalizasiyası 300 000 nəfər üçün nəzərdə tutulub, amma indi Bakıda 2 milyona yaxın adam yaşayır. Bütün sahələr belədir. Vaxtilə dairəvi yol çəkdilər. Bu yol gəlib Biləcərinin üstünə çıxana qədər qumu da tökülmüşdü. Amma bir icra başçısı o yolu satdı, orada binalar tikildi. Mənim imkanım olsa, istəyir 50 ev tikilsin, onları uçurub o yolu "Kororğlu" metrosuna qədər uzadardım. Yol qaldı yarımçıq. İndi Bakının dairəvi yolu yoxdu. Bilmirsən hardan gedəsən?!"
Mövzu ilə bağlı daha ətraflı "Sabir Rüstəmxanlı söhbətləri"ndə:

Şərhlər
Abutalibovun ishni qôren xanim ,( ve bashqalari shefde daxil olmaqla) tikintiden milyardlar yiqdilar ,,,,, ,,,,, qôrmeyenler pul yiyesi oldular , bilesiz !
Bu abutalıbovu Məhkəməyə çağırıb, elə ordaca qandallamaq lazımdır! Ondan sonra yaxşıca silkələdib millionları tökülsün deyə təzədən normal evlər tikdirmək! Eh, çifayda!
Bakını xarab edənlər Tikinti üçün torpaq sahəsi ayrılmasında rüşvət alan icra hakimiyyətləri,Tikinti texnologiyasından bixəbər tikintini aparan firma və şirkətlər, Tikintiyə nəzarət etməli və qəbuluna icazə verən nəzarət orqanlarıdır...
Abşeron Titanikə daha çox bənzəyir,son dərəcə varlanmışlarıyla son dərəcə yoxsullaşmışlarının birlikdə üzdüyü gəmiyə.Nuhun gəmisi isə tufandan salamat qalan gəmidi.Cəmi 7 kasıbın və heyvanların olduğu gəmi.Elə ona görə də salamat qalıb.
Ev tikenlerden chox gunah icaze veren, menasiz qurumlardadir, memarlardadir!! Bashda hacibala olmaqla. Sheheri ne gune qoyublar? Gormemish kimi, binalari" gucaglashmish " shekilde tikibler. Ne qachmaga yer var, ne mashin saxlamaga, ne tecili yardima ve s. Ve hech kimin sesi chixmir. Shehere adamin yazigi gelir. Getirib binanin duz qabaginda novbeti eybecer 20 mert bina tikilir.., kimsenin sesi chixmir. Here bir kreslo tutub, oturub. Tikinti qanunlarindan xeberleri bele yoxdur.
Danishirda Vasif Talibov o qeder etdi hakimiyyetden geden kimi bashladilar dalinca su tokmeye.
Düzdür Koroğlu metrosundan Həzi Aslanova qədər yolun həm sağı həm də solu agaxliqlar idi hamisi Kəhf edildi Burdakı burun tikililər sokulməlidir
Azerbaycanda xüsusen Bakıda tikilen binalların keyfiyyetsşz olması. ve şeherin Baş Planına emel olunmamasının esas sebebi bı sahede olan özbaşınalıq ,serhed bilinmeyen rüşvetxorlyw ve korrupsitadır ....
Sabir müəllim siz sual verirsiniz ki,hansı vicdanla yaşayacaqlar xaricdə....bəyəm o tikinti(BAKIDAKI) sahiblərinin ÖZLƏRİ VƏ YA BALALARI XARİCDƏ YAŞAMIR? AZƏRBAYCAN DİLİNDƏ DANIŞMAĞI BELƏ ÖZLƏRİNƏ YARAŞDIRMIRLAR.BEƏ DƏ TUTULSALAR DA ƏMİ CANI QƏTİ QORXUSU YOXDUR. MƏKƏMƏLƏRİMİZİN CANI SAĞ OLSUN BƏRAƏTDƏ VERƏCƏK HƏLƏ ÜSTƏLİK YIĞDIĞINI DA QAYTARACAQ, ÜZÜR DƏ İSTƏYƏCƏKLƏR TƏKİ PULUN OLSUN. PRAKTİKAMIZ BUNUN CANLI SÜBUTUDUR. BİZDƏ PUL MÜQABİLİNDƏ VARLI ADAMIN İTİNƏ MEYXANADA BƏDAHƏTƏN DEYİRİK...
Hörmətli millət vəkili icra başçılarının yolu satmasından, əlində imkanı olsa, evləri sökdürüb yolu çəkdirməsindən danışır. Bəs, onda, belə "cəsarətli" millət vəkilimizə həmin icra başçısının adını deməyə nə mane olur?! Heç olmasa, adını desin. Demir, deyə bilmir, onda, yalandan özünü guya dürüst kimi göstərməsin