Menu

İRANDAN DAHA BİR DÜŞMƏNÇİLİK... - Vardanyana tribuna verdi + VİDEO

15.02.2023, 17:04
İRANDAN DAHA BİR DÜŞMƏNÇİLİK... - Vardanyana tribuna verdi + VİDEO

Son vaxtlar erməni ekspertlərin Azərbaycan əleyhinə çıxışlarına səxavətlə yer ayıran İran mətbuatı bir qədər də irəli gedərək Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin rəhbərlərinə tribuna verib. Belə ki, fevralın 13-də İranın ən populyar qəzetlərindən biri sayılan “Şərq” qəzetində Xankəndidəki separatçı qurumun “dövlət naziri” Ruben Vardanyanla geniş müsahibə dərc olunub.

Bu barədə “Azad İran” “YouTube” kanalının süjetində bildirilir.

Süjetdə qeyd olunur ki, “İran Qafqazda sülh üçün daha fəal siyasət yürütməlidir” başlığı ilə nəşr edilən müsahibənin müəllifi, Azərbaycan əleyhinə ardıcıl çıxışları ilə tanınan beynəlxalq məsələlər üzrə ekspert Ehsan Movəhhediyan söhbətə yazdığı qısa girişdə Vardanyanı “Artsax dövləti”nin ali məqamlı təmsilçisi kimi təqdim edib. O, iki aya yaxın müddətdə Laçın dəhlizinin “Azərbaycan hökumətinə bağlı yarımhərbi şəxslər tərəfindən bağlandığını” və “Artsax”ın guya mühasirəyə alındığını iddia edərək vurğulayıb ki, bu mühasirənin taleyinin İranın Qafqazdakı milli maraqları ilə birbaşa və həyati əlaqəsi vardır.

Movəhhediyan həmçinin iddia edir ki, guya Azərbaycan hakimiyyəti Qarabağı ermənilərdən təmizləməklə təkfirçi, vəhhabi və İsrailə bağlı təhlükəsizlik qüvvələrini İranla həmsərhəd bölgədə yerləşdirmək, daha sonra Sünik vilayətini işğal edərək İran-Ermənistan sərhədini kəsmək niyyəti güdür.

Regionda gedən proseslərə bu şəkildə, yəni Azərbaycan düşmənçiliyi çərçivəsindən baxması başabəla ekspertin müsahibinə ünvanladığı suallarda da özünü göstərir, həmin sualların açıq-aşkar təhrikçi və təxribatçı xarakter daşımasını şərtləndirir.

Daha ətraflı “Azad İran” “YouTube” kanalının süjetində:


Şərhlər

qaraguruh 2023-02-15 19:10:00

40 mln Azərbaycanlılar--biz azərbaycanlıyıqsa--siZlərin ləhcəsini eşidəndə sevincdən hüşum ani olaraq itir--səsinizi --hissinizi bildirin--susmaqla sizə rəhm edilməyəcək--hələ daha da azğınlaşacaqlar--qorxmayın-ölüm hakdır--hamımız öləcəyik SİZLƏR Azərbaycanlı--TÜRK olduğunuzu hər addımda bildirin--Bütöv Azərbaycan MƏSƏLƏSİ İLƏ MŞĞUL LİDERLƏR HƏRƏKƏLİLİYHİNİZİ DUYMURUQ--YUXUDAN AYILIN VƏ YA BU İŞDƏN VAZ KEÇDİYİNİZİ ELAN EDİN

Turan 2023-02-15 18:40:09

İt itə tribuna verər, burda təccüblü heç bir şey yoxdur

Senan 2023-02-15 18:17:56

Hayların və farsların səmimiliyinə kim inanırsa o əbləhdir farslar desə ki Allah birdir bəlkə inanmaq olar bunlar da haylar kimi fahişədir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol