Hazırda NATO-nun əsas prioriteti Ukraynanın təşkilata qəbulu yox, Rusiya ilə genişmiqyaslı müharibədə qalib gəlməsinə kömək etməkdir.
“AzPolitika.info” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Stoltenberq deyib ki, NATO qərarını dəyişməyib və Ukraynanın təşkilata üzv olmasının tərəfdarıdır: “NATO-nun Ukrayna ilə bağlı mövqeyi dəyişməyib. Biz dəfələrlə demişik ki, Ukrayna Alyansın üzvü olacaq. Lakin indi təşkilat Ukraynanın Rusiya üzərində qələbəsini təmin etmək üçün səfərbər olub”.
Stoltenberq əlavə edib ki, Alyans eyni zamanda Ukraynanın Sovet hərbi sistemindən tamamilə NATO standartlarına keçidini təmin etmək istiqamətində işlər görür.
“AzPolitika.info”


Şərhlər