Menu

Rusiya Ukraynaya “Shahed” dronları ilə hücum edib

16.02.2023, 01:47
Rusiya Ukraynaya “Shahed” dronları ilə hücum edib

İranın “Shahed” kamikadze dronları Dnepropetrovsk vilayəti istiqamətində hərəkət edir. Bölgədə hava xəbərdarlığı elan edilib.

APA-nın UNİAN-a istinadla verdiyi xəbərə görə, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Serxi Lısak məlumat verib.

Dronların istifadəsini Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk da təsdiqləyib: “Düşmən PUA-ları regionun hava məkanında”.

Dnepropetrovsk vilayəti ilə yanaşı, Zaporojye vilayətində də hava hücumu xəbərdarlığı elan edilib. Luqansk və Krımda həyəcan siqnalı söndürülməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol