Menu

Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb

17.02.2023, 16:35
Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 28 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xəstəlikdən 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 828 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 090 nəfər müalicə olunaraq sağalıb, hazırda 128 aktiv xəstə var. Bu günə qədər 10 102 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 932, bu günə qədər isə ümumilikdə 7 511 832 test icra olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol