ABŞ-da prezidentlik vəzifəsini tam yerinə yetirə bilməyəcəyi ilə bağlı iddialarla tez-tez gündəmə gələn 80 yaşlı Co Baydenin sağlamlıq durumu açıqlanıb.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Co Baydenin həkimi Kevin Konnor müayinədən sonra Baydenin sağlam və güclü olduğunu, həmçinin prezidentlik vəzifələrini yerinə yetirə biləcəyini qeyd edib.
Konnor nevroloji müayinədən keçən Baydendə Parkinson əlamətlərinə rast gəlinmədiyini bildirib.
Qeyd edək ki, ABŞ tarixinin ən yaşlı prezidenti ünvanına sahib olan Bayden 2024-cü ildə ikinci müddətə namizəd ola biləcəyinə işarə edib.
“AzPolitika.info”


Şərhlər