Menu

“Türkiyə-tək ürək” kampaniyasında toplanan ianələrlə neçə mənzil tikmək olar? – Mütəxəssis rəyi

18.02.2023, 15:21
“Türkiyə-tək ürək” kampaniyasında toplanan ianələrlə neçə mənzil tikmək olar? – Mütəxəssis rəyi

Xəbər verildiyi kimi, fevralın 15-də Kahramanmaraşda baş verən təbii fəlakətlə bağlı Türkiyə və dünyadan 213 televiziya və 562 radionun həyata keçirdiyi “Türkiyə - tək ürək” kampaniyası çərçivəsində 115 milyard 146 milyon 528 min TL vəsait toplanıb.

Toplanan vəsaitin zəlzələdən əziyyət çəkən vətəndaşların ehtiyaclarını qarşılamağa, eləcə də yeni binaların tikintisinə sərf ediləcəyi bildirilir.

Bəs maraqlıdır toplanan bu məbləğlə neçə mənzil tikmək olar?

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, türkiyəli mütəxəssis Hakan Koman bu suala cavab tapmağa çalışıb.

Mütəxəssis bildirib ki, sözügedən vəsaitlə 100 kvadratmetr sahəsi olan 170 min mənzil tikilə bilər: “Zəlzələdən zərər görmüş vilayətlərdə 60 min dağılmış və ya qəzalı vəziyyətə düşmüş bina var. Bu ianələrlə həmin binaların 30 faizini bərpa etmək mümkündür”.

“Ətraf Mühit və Şəhərsalma Nazirliyinin tikinti göstəricilərini əsas götürsək, yaşayış tipli binanın bir kvadratmetri 6 min 850 lirədir. 100 kvadratmetr sahəsi olan ev tikdiyimizi fərz etsək, bu, 170 min mənzil deməkdir. Hər binada 10 mənzilin olduğunu nəzərə alsaq, bu, 17 min bina edir”,- deyə o, bildirib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol