Menu

Azərbaycan nefti 80 dollardan aşağı düşdü

17.11.2014, 13:12

stock-photo-azeri-light-crude-oil-benchmark-200824211“AzəriLayt” markalı neftin bir barreli 79,14 dollara satılıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,61 dollar bahalaşaraq 75,82 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,92 dollar artaraq 79,41 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,85 dollar ucuzlaşaraq 79,14 dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol