Menu

"EIB Azərbaycanın daha 3 sahə üzrə yaxın tərəfdaşı ola bilər" - Prezident İlham Əliyev

18.02.2023, 16:53
"EIB Azərbaycanın daha 3 sahə üzrə yaxın tərəfdaşı ola bilər" - Prezident İlham Əliyev

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi sahəsi üzrə ölkəmizin yaxın tərəfdaşı ola bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə deyib.

Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ölkə olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumat verərək, bu sahədə də əməkdaşlıq imkanlarının böyük olduğunu diqqətə çatdırdı, eyni zamanda, ölkəmizdə cəlbedici investisiya mühitinin yaradıldığını bildirdi.

Şərhlər

Fikir Dostuyev 2023-02-18 18:43:07

Avropa azad edilmiş rayonların Vahid Suvarma-İçməli su, Elektrik enerjisi və qaz təchizatı, Ekoloji bərpa və təmizlik sistemlərinin layihələrini verə bilər! Hər iki ölkə bir rayonun nənzillərini qura bilərlər? Skandinaviya ölkələri Kənd təsərrüfatı sistemlərini, Yaponiya yenilikçi Elekronika sənayesi və idarə sistemini qura bilərdi? Bunlar hamısı ir neçə illik investisiya və ortaq məhsullarla ödənilə bilərdi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol