Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlər nəticəsində Suriyada həlak olanların sayı 5801 nəfərə yüksəlib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, zəlzələ nəticəsində Suriyanın Həma, Latakiya, Tartus, İdlib, Hələb və digər şəhərlərində onlarla bina dağılıb.
Məlumata görə, zəlzələ bölgələrində fəaliyyət göstərən mülki müdafiə dəstələri dağıntılar altında qalan insanları çxarmaq üçün axtarış-xilasetmə işlərini davam etdirirlər.
“AzPolitika.info”


Şərhlər