Menu

Xırdalanda anasını amansızlıqla öldürməkdə şübhəli bilinən oğul saxlanılıb

19.02.2023, 13:26
Xırdalanda anasını amansızlıqla öldürməkdə şübhəli bilinən oğul saxlanılıb

Fevralın 19- da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974- cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol