Menu

Rusiya ordusunun 23-24 fevralda bir neçə hücum dalğası ola bilər

20.02.2023, 19:01
Rusiya ordusunun 23-24 fevralda bir neçə hücum dalğası ola bilər

Rusiya Silahlı Qüvvələri tərəfindən 23-24 fevral tarixlərində bir neçə hücum dalğası ola bilər.

APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) sözçüsü Yuri İqnat “Ukrinform“un efirində deyib.

O qeyd edib ki, bir sıra təxribatlar hazırlanması mümkündür: ”Bu təxribatlar 23 fevralda - Rusiyada “Vətən Müdafiəçiləri Günü”ndə həyata keçirilə bilər. Növbəti gün isə işğalın başlanmasının ildönümüdür. Ona görə də bu tarixlərdə bir neçə hücum dalğası gözləmək olar. Düşmənin qeyri-standart hərəkətləri və gərginliyin daha da artması gözlənilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol