Menu

İfrat dərəcədə çirklənməyə məruz qalan göllərin adı açıqlanıb

21.02.2023, 15:02
İfrat dərəcədə çirklənməyə məruz qalan göllərin adı açıqlanıb

"Zığ", "Lökbatan", "Qu", "Qırmızıgöl", "Binəqədi", "Xocəsən", "Zabrat", "Bülbülə", "Böyükşor" gölləri axıdılan tullantı suları nəticəsində bu gün ifrat dərəcədə çirklənməyə məruz qalıb.

APA xəbər verir ki, bunu Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətinə dair ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, göllərdən götürülmüş su nümunələrinin təhlilləri nəticəsində məlum olub ki, bu göllərdə vəziyyət acınacaqlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol