Menu

Elektron Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən ayrılıb

22.02.2023, 14:57
Elektron Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən ayrılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Şahin Əliyev vəzifəsindən ayrılıb.

“Report”un əldə etdiyi məlumata görə, o, Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Elektron Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Samir Rəsulova həvalə edilib.

ETX-dən “Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər.

Şərhlər

Kohnr 2023-02-23 06:59:16

O qeder boş boş idareler var ki....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol