Menu

Yol polisinə rüşvət təklif etdi, mandatını itirdi... - Ukraynada deputatın istefası qəbul olundu

23.02.2023, 17:47
Yol polisinə rüşvət təklif etdi, mandatını itirdi... - Ukraynada deputatın istefası qəbul olundu

Ukrayna Ali Radasının deputatı Aleksandr Truxinin istefa səbəbi məlum olub.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, öz ərizəsi ilə Radaya müraciət edən Truxin mandatından imtina edib. Parlamentin 288 üzvü onun istefasını dəstəkləyib.

Prezident Volodimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasından deputat seçilən, parlament komitələrindən birinin sədr müavini olan Truxin 2021-ci ilin avqustunda törətdiyi yol qəzasının güdazına gedib. Hadisə ilə bağlı aparılan istintaqın nəticəsinə görə, 6 nəfərin yaralanmasına səbəb olan yol nəqliyyat hadisəsi zamanı deputatın hadisə yerindən yayınmağa çalışdığı və yol polislərinə rüşvət təklif etdiyi müəyyənləşdirilib. Mətbuatda hətta onun qəzanı sərxoş vəziyyətdə törətdiyinə dair iddialar yer alıb.

Deputat sükanın arxasında başqa şəxsin olduğunu iddia etsə də, sonradan onun yalan danışdığı üzə çıxıb. İki ilə yaxın davam edən araşdırmadan sonra istintaqa günahlarını etiraf edən Truxin mandatı ilə vidalaşmağa qərar verib. Məhkəmənin onun barəsində hansı hökm çıxaracağı maraqla gözlənilir.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-02-23 20:59:16

Gəl bizə,bizdə yaşa,qaz vur qazan doldur.Nə işin var qanunun aliliyi olan yerdə?Çaşıb quş buraxıb yatası olsan vecinə alma,yatıb çıxandan sonra bütün çalıb çapdıqlarını,taladıqlarını qaytaracaqlar.

Mubariz 2023-02-23 17:55:49

Qulaqlara qurğuşun ,birdən bizim quzu deputatlarımız da istefa verər , dunyada biabır olarıq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol