Menu

ABŞ və Çin arasında böhrana səbəb olan kəşfiyyat şarının fotosu yayılıb – FOTO

23.02.2023, 16:18
ABŞ və Çin arasında böhrana səbəb olan kəşfiyyat şarının fotosu yayılıb – FOTO

ABŞ Çinə məxsus kəşfiyyat hava şarının vurulmamışdan əvvəl fotosunu paylaşıb.

“AzPolitika.info” xəbr verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi paylaşım edib.

Qeyd olunub ki, kəşfiyyat şarı fevralın 4-də Cənubi Karolina ştatı yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 təyyarəsi tərəfindən vurulub.

Xatırladaq ki, Çinin yüksək hündürlükdə uçan hava şarı ABŞ hava məkanına daxil olduqdan az sonra Vaşinqton və Pekin arasında diplomatik böhrana səbəb olmuşdu.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol