Menu

Ukraynalı hərbçilərin Böyük Britaniyadakı təlimləri davam edir - FOTO

23.02.2023, 16:50
Ukraynalı hərbçilərin Böyük Britaniyadakı təlimləri davam edir - FOTO

Böyük Britaniyanın Ukraynaya “Challenger-2” tankı göndərmək qərarından sonra ukraynalı hərbçilərə təlim keçməyə başlayıb.

“AzPolitika.info” xəbər verir ki, Britaniya Müdafiə Nazirliyindən verilən açıqlamada ölkənin cənub-qərbində Ukrayna əsgərlərinin təlimlərinin davam etdiyi bildirilib.

“Birləşmiş Krallıq tərəfindən “Challenger-2” çərçivəsində Ukrayna əsgərlərinə verilən təlim tam sürətlə davam edir. Britaniya Ukraynanın müdafiəsini dəstəkləmək üçün 14 tank və sursat göndərməyi öhdəsinə götürüb”- deyə, açıqlamada bildirilir.

Qeyd edək ki, Ukrayna hərbçilərinin təlimlərini izləyən Böyük Britaniyanın müdafiə naziri Ben Uelles bildirib ki, “Challenger-2” tanklarında təlim keçən ukraynalı əsgərlərlə görüşmək ruhlandırıcıdır: “Onların ölkələrinin azadlığı üçün uğur qazanmaq əzmi Rusiyaya güclü mesaj verir. Ukraynalılar mübarizəni davam etdirəcəklər. Biz Ukraynanı dəstəkləmək üçün lazım olanı təmin etməyə davam edəcəyik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol