Menu

Yunanıstan, İsrail və ABŞ hərbçiləri birgə təlim keçirib

23.02.2023, 19:53
Yunanıstan, İsrail və ABŞ hərbçiləri birgə təlim keçirib

Yunanıstanda İsrail Müdafiə Ordusunun (TSAXAL) quru qoşunları, ABŞ hərbçiləri və yerli ordunun iştirakı ikə birgə təlim keçirilib.

“Report” xəbər verir ki, bu barədə TSAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlim çərçivəsində şəhər şəraitində döyüş əməliyyatları, döyüş zamanı maddi-texniki təminat, gecə döyüş əməliyyatları, mühəndis bölmələrinin işi, artilleriya əməliyyatları, sərhəd mühafizə xidmətinə dair tapşırıqlar yerinə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol