Menu

Konfrans Liqası: Üç komanda növbəti mərhələyə vəsiqə qazanıb

24.02.2023, 00:24
Konfrans Liqası: Üç komanda növbəti mərhələyə vəsiqə qazanıb

UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.

"Report"un məlumatına görə, gecənin ilk matçlarından sonra 1/8 finalın daha 3 iştirakçısı bəlli olub.

İtaliyanın "Latsio", Kiprin AEK və Moldovanın "Şerif" komandaları növbəti raunda vəsiqə qazanıblar.

"Anderlext" (Belçika) - "Ludoqorets" (Bolqarıstan) matçında isə ümumi hesab bərabər (2:2) olduğundan əlavə vaxt oynanılacaq.

Qeyd edək ki, digər 4 cavab matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları

23 fevral

21:45. “CFR Kluj” (Rumıniya) - “Latsio” (İtaliya) - 0:0
Qırmızı vərəqə: Karlo Muxar, 77
İlk oyun - 0:1

21:45. “Dnepr-1” (Ukrayna) - AEK (Larnaka, Kipr) - 0:0
İlk oyun - 0:1

21:45. “Partizan” (Serbiya) - “Şerif” (Moldova) - 1:3
Qollar: Kvensi Meniq, 13 - Sedrik Badolo, 22. Məhəmməd Diop, 45+1; 47
İlk oyun - 1:0.

21:45. “Anderlext” (Belçika) - “Ludoqorets” (Bolqarıstan) - 2:1 (ƏLAVƏ VAXT)
Qollar: Franko Russo, 13 (avtoqol). Yari Versxaren, 68 - İqor Tyaqo, 71
İlk oyun - 0:1

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol