Aparıcı Turan İbrahimov “Space” telekanalı ilə yollarını ayırıb. Bu barədə aparıcı öz feysbuk səhifəsində bildirib.
"AzPolitika" xəbər verir ki, İbrahimov qərarının səbəbini də açıqlayıb: “İki həftə əvvəl verdiyimiz qərardır. “Space” TV-dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram”.
Xatırladaq ki, fevralın 7-də “Space” TV-də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb. Onu “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edib.


Şərhlər
Düşündürə bilən insanlar efirlərdən yığışdırıldıqca toyxanalarda şıllaq atıb meymunluq edənlərin sayı artır.