Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun müalicəsi başa çatıb.
APA-nın əldə etdiyi xəbərə görə, sabiq nazir Naxçıvan Diaqnostika Müalicə Mərkəzində 3 aylıq müalicədən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.
"AzPolitika.info"-ya verilən məlumata görə, sabiq nazir hansısa səbəbdən Naxçıvandakı Böyükdüz həbsxanasına yox, təxminən 10 gün əvvəl Bakıdakı həbsxanalardan birinə köçürülüb. Əvvəllər o Böyükdüz həbsxanasında cəza çəkirdi.
Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib.
Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ali Məhkəmə ötən ay Əhməd Əhmədovun kassasiya şikayəti müddətinin uzadılması ilə bağlı müraciətini təmin etməyib.

Şərhlər
Əhməd Əhmədov yaxşı olduğu üçün içəridə qaldı o dam öldürən vəlidən 1000 qat yaxşı olub-hə şapalaqlamğı olub ancaq öldürməyib
Bu meselede nese anlaşılmazlıqlar var,çünki Azerbaycanda polisi hüqyq mühafize orwanjatını nede desen günahlandırmaq olar ancaq rüşvetde yox.”Reallıq” budur.