Menu

“Bir il əvvəl səhər saat 5-də mənə zəng gəldi...” – Borrel Ukraynaya hücümu belə xatırlayır

24.02.2023, 13:25
“Bir il əvvəl səhər saat 5-də mənə zəng gəldi...” – Borrel Ukraynaya hücümu belə xatırlayır

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzünün birinci ildönümü ərəfəsində “Current Time” telekanalına müsahibə verib.

"Biz üçüncü dünya müharibəsini istəmirik. Ona görə də döyüşən tərəf deyilik: biz bir tərəfi dəstəkləyirik, amma müharibədə iştirak etmirik",- Borrel deyib.

O mühadiribənin başlandığı günü belə xatırladır: "Bir il əvvəl səhər saat 5-də mənə zəng gəldi, dərhal düşündüm: bu zəng mənə Kiyevi bombalandığını deməlidir. Yanılmıram, telefonda deyirlər: “Kiyev bombalanır!” Tarixin səhifəsi dönür və biz dramatik vəziyyətə giririk”.

Müharibənin ilk saatlarını xatırlayan avropalı siyasətçi müharibə edən tərəflərin və bütövlükdə Avropanın indiki vəziyyətini belə təsvir edib: "Bir ildən sonra minlərlə ölü var, Ukrayna dağıdılır. Mülki əhali bombalanır. Ukraynanın infrastrukturu tamamilə vurulub, elektrik enerjisi, su yoxdur. Bu, Ukrayna xalqı üçün faciədir, həm də Rusiya xalqı üçün. On minlərlə əsgər öldü, çoxları yaralandı. Rusiyaya gəlincə, bu, təkcə Putin və onun dəstəkləyənlər üçün deyil, bütün rus xalqı üçün dramatik vəziyyətdir, kədərli bir hekayədir. Bunu biz etmirik və nə qədər davam edəcəyini də bilmirik”.

Jurnalist avropalı siyasətçidən bir illik davamlı dəstək və yardımdan sonra Aİ-nin Ukrayna üçün daha nə edə biləcəyini soruşub.

Josep Borrell cavab verib ki, dəstəyin artırılması lazımdır. 

"Biz daha çox və daha sürətli hərəkət etməliyik, iqtisadi dəstəyi, hərbi yardımı, humanitar yardımı davam etdirməliyik, hərbi kadrlar hazırlamalıyıq. Ukraynalılar müqavimət göstərsələr, biz onlara dəstək olmalıyıq. Bizim üçün bunun öz qiyməti var, lakin bu, ukraynalıların və - bunu dediyimə görə məni bağışlayın - rusların ödədiyi qiymətdən çox azdır. Dünya bunun üçün böyük bədəl ödəyir: elektrik enerjisi, enerji resursları, ərzaq qiymətlərinin qalxması, sürətli inflyasiya, zəif iqtisadi artım... Putinin Ukraynanı işğal etmək qərarının nəticələrini dünyada hamı ödəyir”, - o vurğulayıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol