Menu

“Xocalı abidəsi rəsmi protokola salınsın” - Deputat təəssüfləndiyi bir faktı qeyd etdi

24.02.2023, 14:02
“Xocalı abidəsi rəsmi protokola salınsın” - Deputat təəssüfləndiyi bir faktı qeyd etdi

Deputat Elman Məmmədov parlamentin iclasında çıxış edərək Xocalı soyqırımı qurbanlarından danışıb. Bildirib ki, Bakı şəhərində, Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Ana harayı” abidəsi var. Deputat həmin abidənin ziyarətinin rəsmi protokola daxil edilməsini təklif edib.

Deyib ki, Azərbaycana səfər edən xarici ölkəlrin təmsilçiləri və beynəlxalq təşkilatların rəsmilərinin həmin abidəni ziyarət etməsi təşkil olunmalıdır: “Ölkəmizə gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Amma Xocalı soyqırımı abidəsinin ziyarəti də protokola salınmalıdır”.

E.Məmmədov qeyd etdi ki, Xocalı soyqırımının tanınması istiqamətində işlər davam edir, bir sıra ölkələrin parlamentləri, həmçinin ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb. 

Amma deputat təəssüfləndiyi bir fakrtı qeyd etdi. Bildirib ki, Xocalı sakinlərinin ölüm haqqında şəhadətnamələrində onların milli zəmində şəhid olduğu yazılıb. Yaxud əlil olanların sənədlərində milli zəmində əlil olduğu qeyd edilib: “Amma bunlar müharibə zamanı şəhid olub, əlil olub, xahiş edirəm bu məsələyə diqqət yetirilsin”. 

E.Məmmədov ardınca Xocalı soyqırımı şahidlərinə soyqırıma məruz qalan statusu verilməsini də təklif etdi.

Komitə sədri Ziyafət Əsgərov isə bildirib ki, Xocalı qurbanlarının milli zəmində hədəfə alınmasının qeyd olunması ən doğru yanaşmadır, çünki onlar milli zəmində qətlə yetirilib, soyqırıma məruz qalıblar.(musavat.com) 

Şərhlər

ƏNHU 2023-02-25 00:57:36

Sözügedən abidə hec bir vəchlə Xocalı soyqırımını ehtiva etmir. Heç bir bədii və siyasi təsir gücünə malik deyil. Abidə təşviş içndə nə etdiyini, hara getdiyini bilməyən bir toplumun faciəsini əks etdirməli idi. Arxa planda soyuğun,qışın obrazı yaradılmalı idi. Yoxsa toya gedirmiş kimi geyinib-kecinib makijay etmiş, qucağında kiminsə yatmış uağını tutmuş arxayın bir qadının saxta görüntüsünü yox. BU ABİDƏ SÖKÜLMƏLİDİR. ÜZÜMÜ HÖRMƏTLİ DEPUTATA TUTUB DEYİRƏM. ABİDƏNİN SÖKÜLMƏSİ MƏSƏLƏSİNİ QOYUN. O YENİ TƏXƏYYÜLDƏ , FACİƏNİN MİQYASINI DƏRK EDƏN MÜƏLLİFLƏR TƏRƏFİNDƏN İŞLƏNMƏLİDİR.

t.ədalət 2023-02-24 19:31:19

Xocalı soyqırımına aid qoyulan abidə və onun yeri bizim üçün heç də münasib deyil.Əslində həmin abidə kənardan diqqəti çəkən,rus-erməni vəhşiliyini olduğu kimi göstərə bilən formada olmalı idi.Həm də onun yeri Xətai metrosuna yaxın görünməyən bir ərazi yox,bolşevin Ayna Sultanovanın heykəlinin yeri olmalıdır.Əlbəttə,zaman gələcək indi gözdən,könüldən iraq bir yerə atılmış Xocalı abidəsi də qoyulmaq üçün müvafiq yerini tapacaq.Elə Şəhidlər Xiyabanının girişi də yenidən qurulacaq.Ziyarətə gələnlər qətliamı törədənlərin rus hərbiçiləri olduğunu görəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol