Avropa diplomatiyasının başçısı Jozep Borrel mətbuat konfransında bəyan edib ki, Çin Kommunist Partiyası Xarici işlər komissiyası dəftərxanasının başçısı Van İ onu əmin edib ki, Pekin Moskvaya silah tədarük etmir və tədarük etməyəcək.
«Dəftərxana başçısı ilə mənim söhbətimdə, hansı ki, uzun illərdir bizim yaxşı münasibətlərimiz var, mən ondan Çinin Rusiyaya mümkün hərbi dəstəyi barədə soruşanda, o, çox dəqiq dedi: «Mən yalnız onu təkrar edə bilərəm ki, Çin Rusiyaya silah vermir və verməyəcək»» - Borrel deyib.
«Çünki onların siyasəti münaqişə tərəflərini silahlandırmamaqdan ibarətdir» - o, əlavə edib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Pekini Moskvaya silah tədarük edəcəyi halda bunun nəticələri barədə xəbərdar edib. Bundan əvvəl isə NATO-da bəyan ediblər ki, ÇXR-in Rusiyaya detallı köməyindən ehtiyatlanırlar.
Bir qədər sonra ÇXR XİN rəsmi nümayəndəsi Van Ven Bin bəyan edib ki, Ukrayna münaqişəsinin döyüş meydanına silah fasiləsiz olaraq ABŞ tərəfindən tədarük olunur, Çin tərəfindən yox və Vaşinqton dezinformasiya yaymaqdan çəkinməlidir. Eyni zamanda, dəftərxana başçısı Van İ Qərbi Rusiyaya silah tədarükü məsələsində ikili standartlarda günahlandırıb, belə ki, Qərb özü Ukraynanı silahlandırır (mənbə:https://eadaily.com/ru/).
AzPolitika.info


Şərhlər