Menu

Zelenskinin yaşadığı ev və qarderobu... – Prezident bir ildir burada yaşayır (FOTOLAR)

25.02.2023, 22:09
Zelenskinin yaşadığı ev və qarderobu... – Prezident bir ildir burada yaşayır (FOTOLAR)

Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə müharibə başlayan gündən indiyə qədər yaşadığı evi və qarderobunu nümayiş etdirib.

“AzPolitika.info” xəbər verir ki, Zelenskinin Kiyevin Bankovo küçəsindəki Prezident Ofisində yerləşən otağının görüntüləri ukraynalı jurnalist Dmitri Komarovun çəkdiyi “Bir il” sənədli filmində yer alıb.

Zelenski bu filmdə jurnalistə 2022-ci il fevralın 24-dən bəri yaşadığı otağı və yalnız hərbi geyimlərdən ibarət olan qarderobunu göstərib. Həmin qarderobda hərbi geyimdən başqa bir ədəd pencək də var ki, Prezident onu yalnız qələbə günü geyinəcəyini bildirib. Bu görüntülər böyük marağa səbəb olub və Ukrayna Prezidentinin olduqca sadə həyat tərzini əks etdirib.

Onu da qeyd edək ki, Zelenski müharibədən xeyli əvvəl - 2020-ci ilin iyulunda ailəsi ilə birlikdə Ukrayna dövlətinin prezidentlər üçün ayırdığı bağ evinə köçdüyü üçün ukraynalıların kəskin tənqidinə məruz qalmışdı...

C.Məmmədov

“AzPolitika.info”







Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol