Menu

"Məktəblərdə pul yığımı ilə bağlı valideyin şikayəti olmalıdır ki, qarşısını ala bilək" - Nazir

27.02.2023, 16:08
"Məktəblərdə pul yığımı ilə bağlı valideyin şikayəti olmalıdır ki, qarşısını ala bilək" - Nazir

Məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, bu məsələdə iki hal olur:

"Biri məcburetmə, biri də valideynlərin özlərinin təşəbbüsü ilə hədiyyələrin alınması. Bu halda istəyimiz odur ki, bizə şikayət daxil olsun ki, məsələni araşdıra bilək. 8 martda və digər günlərdə valideynlərin təhsil işçiləri üçün bahalı hədiyyə alması və külli miqdarda pulun verilməsi ümumilikdə pedaqoji dəyərlərə uyğun deyil. Onu da nəzərə almaq lazımdır ki, pul və ya hədiyyə qəbulu heç də həmişə müəllimin təşəbbüsü ilə olmur. Təxminən 1,5 milyonluq şagird kütləsindən danışırıq. Arzumuz ondan ibarətdir ki, qadın müəllimləri təbrik etmək üçün bahalı hədiyyə və pul yığımı olmasın. Bəzi hallarda təşəbbüskarı müəllim yox məhz valideynlər edir. Məktəb rəhbərliyi ilə bağlı olanda ölçü götürə bilərik. Amma valideynlərə sadəcə tövsiyə edə bilərik. Bu hərəkət daha çox davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb rüşvət formasında hədiyyə verməməlidir. Yanlış utanmaq hissindən valideynlər müəllimləri maddi dəyəri böyük olmayan, əksinə mənəvi dəyəri çox olan açıqcalarla təbrik etsinlər".

Şərhlər

Sama 2024-05-12 21:45:46

Ibtidai sinifleri valideyin komitesi ve komekcileri lazimsiz yerlere pul yigmagi mecbur edirler

lala metin 2023-02-27 19:55:18

Cox" təsirli tədbir" gorursüz rüşvətxor korrupsioner valideynlər də müəllimlər də şikayet edə
n direktora şans verib başqa məktəbə direktor göndəririsiz kimi aldadırsız bu nağıllarla .

Adəm 2023-02-27 16:51:03

Gənclikdə 200 nömrəli məktəmdə 8 marta görə hər şagirddən 100 manat istəyirlər

Baba 2023-02-27 16:46:17

...Bu deyilfirmi deyən pul yığılar qoy yığsınlare də.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol