“ABŞ-ın hərəkətlərinin beynəlxalq hüquqda heç bir əsası yoxdur və Təhlükəsizlik Şurası tərəfindən buna icazə verilməyib. Bu, Çinin maraqlarına ciddi ziyan vuran tipik qeyri-qanuni birtərəfli yurisdiksiyadır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, ABŞ-ın Çin şirkətlərinə qarşı sanksiyaları ilə bağlı açıqlamasını şərh edərkən deyib.
ABŞ-ın Çin şirkətlərinə qarşı sanksiyalarını tənqid edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Ning bildirib ki, “Çin bundan qətiyyən məmnun deyil və qəti şəkildə buna qarşıdır”.
Ninq ABŞ-ın indiyədək Ukraynaya 32 milyard dollardan çox silah dəstəyi verdiyini vurğulayaraq sözlərini belə davam edib: “Çin Ukrayna ilə bağlı neytral və ədalətli mövqe tutur. ABŞ isə münaqişə tərəflərindən birinə silah göndərmək üçün səylərini gücləndirir. Bu da sonsuz münaqişələrə səbəb olur və nəticədə sülhə nail ola bilmirik. ABŞ Çinin Rusiyaya silah tədarükü ilə bağlı tez-tez yalan məlumatlar yaymaqla, Çinə qarşı sanksiyalar tətbiq etmək fürsətindən istifadə edir”.
“AzPolitika.info”


Şərhlər