Menu

Osman Kazımov: “Hikmət Hacızadə ciddi adam deyil”

17.11.2014, 18:55
Osman Kazımov: “Hikmət Hacızadə ciddi adam deyil”

“Müsavat partiyasının üzvü Hikmət Hacızadə ciddi adam deyil”.

Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının Divan üzvü Osman Kazımov deyib.

O, Hikmət Hacızadənin “Müsavat üzvləri” qrupundakı statusunu ciddi qəbul etmədiyini vurğulayıb: “Onun fikrincə, insanlar bir-birlərini murdar söyüşlərlə söyə bilərlər və bunu fikir azadlığı kimi qəbul etmək lazımdır?”.

Qeyd edək ki, H.Hacızadə sosial şəbəkədə “Əgər yenə kimsə ifadəsinə qörə partiyadan çıxarılsa, mən də onlarla bərabər çıxacam” sözlərini yazıb.

Xatırladaq ki, bu gün Müsavat partiyası Divanının toplantısı keçiriləcək.

Toplantıya Səxavət Əlisoy və Əlövsət Talişxanlı da dəvət olunub. İclasda hər iki şəxsin sosial şəbəkədə və mətbuata verdiyi fikirlərinin müzakirə ediləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol