Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov fevralın 28-də Bəhruz Bayramovun Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un yerli bürosu xəbər verir ki, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin".
İmzalanan digər Sərəmcamla Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Xəyalə Dadaşovaya həvalə edilib.


Şərhlər
бенруз как и елШад как хомилйен умели быстро подстраиватся под любую ситуации--по слухам и привилигораванным положениям они обязаны не только своим знаниям и способности которого у них не было но и не высокому росту и не обычно крупной голове--погаваривают-что хозяин (бывший всегда комплексовал по этому поводу и приблизил таких как елшад-бенруз и.т.д (у них маленкий рость и большая голова) чтобы не чувствоват себя ничтожным среди остальных чиновников своего окружения--они -эти люди являлис причасными к системному коррупции)