İstanbul polisi və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə əməliyyatı nəticəsində İŞİD terror təşkiatının əsas üzvlərindən biri ələ keçirilib.
"AzPolitika.info" Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaxalanan Əbu Huzeyfe kod adlı terrorçu 2014-2018-ci illərdə Telabyad, Mənbic və Rakkada radikal islamçı terror təşkilatı İŞİD-in hakim şəxsi hesab olunurdu.
Polis İdarəsində prosedurları başa çatan terrorçu ədliyyə binasına köçürülüb və məhkəmə tərəfindən həbs edilib.
"AzPolitika.info"


Şərhlər