Menu

"62 rayonda və 10 190 kənddə zəlzələnin təsirləri hiss olunub” - Ərdoğan

01.03.2023, 13:21
"62 rayonda və 10 190 kənddə zəlzələnin təsirləri hiss olunub” - Ərdoğan

“Bəziləri qəbul etməsə belə, fevralın 6-da Türkiyədə baş verən zəlzələ əsrin fəlakətidir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də siyasi təşkilatın deputat fraksiyasının toplantısında deyib.

O bildirib ki, 62 rayonda və 10 190 kənddə zəlzələnin təsirləri hiss olunub: “Hazırkı dövrün normal dövr olmadığını bütün mütəxəssislər təsdiqləyir. Həqiqətən, Türkiyə “zəlzələ fırtınası” ilə üz-üzədir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol