Ötən gün ABŞ-dan olan muzdlu döyüşçülər Ukrayna ordusuna yardım məqsədi ilə Rusiya qüvvələrinin mühasirəyə almağa çalışdığı Baxmut şəhərinə yollanıblar.
"AzPolitika.info" xəbər verir ki, bu barədə amerikalı muzdlu döyüşçü və sosial media fenomeni Ceyms Vasqez öz "Twitter" hesabından paylaşım edib.
Paylaşımda ABŞ muzdlularının istifadə etdiyi maşınların yüngül zirehli olması diqqət çəkib.
Qeyd edək ki, Donetsk vilayətinin “açarı” hesab olunan Baxmut şəhəri Rusiya qüvvələri tərəfindən mühasirəyə alınmaq üzrədir.
Ukrayna ordusunun 20 min hərbçi itirdiyi Baxmut, Donetskin ən mühüm müdafiə xəttlərindən birinin son qalası hesab olunur. Belə ki, əgər Ukrayna ordusu Baxmutu itirərsə, Rusiya qüvvələri Donetski tamamilə ələ keçirə biləcək.
"AzPolitika.info"


Şərhlər