Menu

ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib

02.03.2023, 23:45
ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib

ABŞ-da “Spirit Airlines” sərnişin təyyarəsi göyərtəsində baş verən yanğın səbəbindən Florida ştatının Ceksonvill hava limanına təcili eniş edib.

“Report” xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, 10 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, çərşənbə günü Dallasdan (Texas) Orlandoya (Florida) uçarkən əl yükündə olan təyyarənin salonunda akkumulyator yanıb. Sərnişinlərdən birinin dediyinə görə, yanğının söndürülməsi təxminən 20 dəqiqə çəkib.

Hadisə zamanı xəsarət alanların səhhətinin vəziyyəti ilə bağlı hələlik məlumat verilmir. Aviaşirkət yerüstü nəqliyyatla sərnişinlərin Orlandoya daşınmasını təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol