Menu

“Düşmən kapitulyasiya etməyəcək” – “Müharibə hələ bir il də davam edə bilər”

03.03.2023, 10:51
“Düşmən kapitulyasiya etməyəcək” – “Müharibə hələ bir il də davam edə bilər”

“Rusiya ilə müharibə hələ bir il də davam edə bilər. Onu döyüş meydanında Ukraynanın qələbəsilə bitirmək lazımdır”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Ordusunun komandanı Valeri Zalujnının müşaviri, general Viktor Nazarov Almaniyanın “Spiegel” nəşrinə müsahibəsində deyib.

General deyib ki, 2022-ci ilin fevralında müharibənin bir il ərzində sona çatacağını düşünsə də, bu gün Ukraynanın tam qələbəsi üçün daha bir il vaxt lazım olduğu qənaətindədir.

Nazarov hesab edir ki, Rusiyanın nəhəng ərazisi və nüvə silahı olduğundan, onu total məğlubiyyətə uğratmaq və qeyd-şərtsiz kapitulyasiyasına nail olmaq mümkün deyil. Lakin Rusiyanı Ukrayna ərazisindən qovmaq mümkündür: “Söhbət Azov dənizi ətrafındakı ərazilər və Krım yarımadasından gedir”.

General əlavə edib ki, Xarkov və Xerson əməliyyatları qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsinin mümkünlüyünü sübut edib.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol