Menu

Neft Fondunun "Şahdəniz"dən gəlirləri 2,4 dəfə artıb

03.03.2023, 12:29
Neft Fondunun "Şahdəniz"dən gəlirləri 2,4 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 534,751 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 227,557 mln. ABŞ dollarına bərabər olub.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.12.2022 tarixinə) 58,069 min dollar olub, bu da həmçinin, 2,6 dəfə artım deməkdir. Belə ki, 2022-ci ilin ilk iki ayında ARDNF kondensatın satışından 22,172 mln. ABŞ dolları əldə etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol