Menu

Lənkəranda təhlükə saçan məntəqə - "Yağış yağanda transformatorda partlayışlar baş verir" + FOTOLAR

03.03.2023, 12:51
Lənkəranda təhlükə saçan məntəqə - "Yağış yağanda transformatorda partlayışlar baş verir" + FOTOLAR

"Lənkəran şəhərinin mərkəzində Böyük Bazar adlanan ərazidə yerləşən 8020027 nömrəli transformator məntəqəsi yararsız vəziyyətə düşüb. Dam örtüyü zədəli olduğundan, yağıntılar zamanı məntəqəni su basır. Nəticədə hər dəfə yağış yağanda transformatorda partlayışlar və qısa qapanmalar baş verir".

Bunlar bir qrup Lənkəran sakininin "AzPolitika.info"-ya ünvanladığı şikayət məktubunda bildirilir.

Şikayətçilər normal transformator məntəqəsinə ehtiyaclarının olduğunu bildirirlər.

"Əgər rəsmi dövlət qurumlarının bu məntəqəni bərpa etməyə imkanları yoxdursa, sakinlər arasında pul yığıb, maddi köməklik edə bilərik. Bu barədə Lənkəran şəhər Elektrik Şəbəkəsinin baş mühəndisi Şamid Bəhramova dəfələrlə müraciət etmişik. Lakin heç bir faydası olamyıb",- deyə şikayət məktubunda qeyd olunub.

Yerli sakinlər mətbuat vasitəsilə aidiyyatı qurumlara müraciət edərək, problemin qısa zaman ərzində aradan qaldırılmasını xahiş edirlər.

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2023-03-03 21:55:57

Ola bilsin təzə transformator qoymuşuq deyə yuxarılara raport veriblər,pulunu da yeyiblər.Yoxsa belə təhlükəli məsələyə niyə laqeyd qalsınlar ki?Əgər yeyiblərsə,onda heç,nağayraq,çox da açıb ağartmayın,çünki məmurlarımızın el malını yemək kimi bir adəti var.Öz aranızda atışın,pul yığın,bir transformator alın,üstünə də xatirə lövhəsi asın ki “Böyük Bazar əhlindən elektrik idarəsinə ən xoş arzularla”.Nə vaxt pulunuzu qaytararlar,lövhəni çıxararsınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol