Menu

Putini ələ salan deputat cəzalandırılır – Qulağına əriştə taxmışdı...

03.03.2023, 15:41
Putini ələ salan deputat cəzalandırılır – Qulağına əriştə taxmışdı...

Rusiya Federasiyası Kommunist Partiyasından olan Samara Vilayət Dumasının deputatı Mixail Abdalkin qulağına əriştə taxaraq Vladimir Putinin Federal Məclisə müraciətinə baxdığı videonu sosial şəbəkədə yerləşdirib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, deputat ordunugözdənsalmaqda ittiham olunur. İş materiallarından görünür ki, materiallar Novokuibışevsk şəhər məhkəməsinə verilib. Şikayətə martın 7-də baxılacaq.

Dünən Abdalkin “VKontakte” səhifəsində bildirib ki, iş məhz video üçün açılıb.

“Biz mübarizə aparacağıq, günahsızlığımızı sübut edəcəyik”, - o əlavə edib.

Abdalkin özü videonu sosial şəbəkələrdəki şəxsi səhifələrində yayıb və qeyd edib ki, Kommunist Partiyasının regional Dumadakı fraksiyasının rəhbərliyi də onu dəstəkləyib.

Bundan əvvəl Samara Regional Duması Mixail Abdalkinə “ictimai qınaq” elan etmişdi. Deputatlar onun partiyadan çıxarılmasını təklif edib, həmçinin əməlinə hüquqi qiymət verilməsi xahişi ilə hüquq-mühafizə orqanlarına və prokurorluğa müraciət ediblər.

Martın 1-də Abdalkin polisə çağırılıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-03-03 21:20:13

Bilməyənlər üçün deyim ki,“lapşu veşat na uşi”,yəni ”qulağa lapşa asmaq”,ruslarda məşhur frazadı,gopa basıb səni öz yalanına inandırmaq istəyənlərə deyirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol