Menu

Ermənistan üzərindən Rusiyaya avadanlıq daşıyırlar – ABŞ –da şirkət rəhbərləri tutuldu

03.03.2023, 18:13
Ermənistan üzərindən Rusiyaya avadanlıq daşıyırlar – ABŞ –da şirkət rəhbərləri tutuldu

Kanzas ştatında iki ABŞ vətəndaşı Vaşinqtonun ixrac nəzarətini pozaraq aviasiya texnologiyalarını Rusiyaya ötürməkdə ittiham olunaraq həbs edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Metyu Akselrod bildirib.

Daha sonra ABŞ Ədliyyə Nazirliyi hadisənin təfərrüatları ilə bağlı press-reliz yayıb.

İttihama görə, 59 yaşlı Kiril Buyanovski və 55 yaşlı Duqlas Robertson Rusiya istehsalı olan təyyarələrdə istifadə olunan Qərb aviasiya avadanlıqlarını təchiz və təmir edən “KanRus” ticarət şirkətinin sahibləridir.

ABŞ Ədliyyə Departamentinin bildirdiyinə görə, 2020-ci ildən başlayaraq müttəhimlər xidmətin həqiqi alıcılarını gizlətməklə və təhrif etməklə ABŞ-ın ixrac qanunlarından yayınmağa başlayıblar.

28 fevral 2022-ci ildə şübhəlilər Rusiyaya aviasiya radioelektronikasının partiyasını ixrac etməyə cəhd ediblər.

Amerika səlahiyyətliləri həmin avadanlıqları Rusiyaya ixrac etmək üçün lisenziyanın olmaması səbəbindən saxlayılar. Təqsirləndirilən şəxslər 2022-ci ilin may ayından iyul ayına kimi lazımi lisenziyaları almadan qanunsuz olaraq Ermənistan və Kipr vasitəsilə Rusiyaya texnika daşıyıblar.

Buyanovski və Robertson sui-qəsddə, lisenziyasız mal ixrac etməkdə, elektron ixrac məlumatlarını saxtalaşdırmaqda və təqdim etməməkdə, qaçaqmalçılıqda ittiham olunurlar.

Təqsirli bilinərsə, onları təkcə qanunsuz ixraca görə 20 il həbs cəzası gözləyir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Azərbaycanlı 2023-03-03 21:49:09

kül başınıza halə erməni və kiprliləri dalınıza atıb yaltaxlanın axırda yenə onlar ---Türklər yox-- ananızı ağladacaqlar

Azərbaycanlı 2023-03-03 19:53:47

kül başınıza halə erməni və kiprliləri dalınıza atıb yaltaxlanın axırda yenə onlar ---Türklər yox-- ananızı ağladacaqlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol