“LAÇIN YOLUNDA NƏZARƏT- KEÇİD MƏNTƏQƏSİNİN YARADILMASI ZƏRURİDİR" - Müdafiə Nazirliyindən qəti mövqe

Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.

Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

635x100

Şərhlər

Zabit 2023-03-05 19:36:42

Məntəqəni yaratmağa,Azərbaycan torpaqlarını müdafiə və mügafizə etmək Nazirliyin bir başa əsas vəzifəsi deyilmi?

korrektor 2023-03-05 17:35:10

ermənidən tutulmuş silahları və minaları yerindəcə nümayiş elətdirin xarici jurnalistlərə

Eli 2023-03-05 16:48:23

Bu itden ve donuzdan töreme ermeni rus tör töküntülerini bir zibil kimi süpürüb atmaq lazımdır dedelerinin görüna bunlara güzeşt olmamalıdır.Bunlar fahişe milletdir bunlar kişilik insanlıq qanmazlar bunlara vaxtlı vaxtında”Türk Pazı” gerek çalasan ki,rahatlanıb özlerine gelsinler

Son yazılar