Menu

Masallıda avtoxuliqanlıq edən sürücü 15 gün müddətində həbs edilib

05.03.2023, 18:54
Masallıda avtoxuliqanlıq edən sürücü 15 gün müddətində həbs edilib

Bir neçə gün əvvəl Masallıda toy karvanında avtoxuliqanlıq edən və müxtəlif qayda pozuntularına yol verən sürücülərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən dərhal sonra Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırmanın başlanması və ümumilikdə 6 nəfər barəsində inzibati qaydada tədbir görüldüyü barədə məlumat vermişdik. Belə ki, həmin sürücülərdən dördü barəsində inzibati qaydada protokol tərtib edilmiş, ikisi barəsində isə toplanmış materiallar rayon məhkəməsinə göndərilmişdi. Sonradan həmin görüntülərlə bağlı daha bir şəxsin - Masallıdan olan tiktokerin saxlanılması və həbs edilməsi ilə bağlı informasiyalar yayılıb.

Məsələ ilə bağlı APA–nın cənub bürosunun sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, aparılan müvafiq araşdırma nəticəsində sözügedən toy karvanında daha bir sürücünün Masallı rayon sakini Şahin Cavadovun da avtoxuliqanlıq etdiyi müəyyən edilib və həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Masallı rayon məhkəməsinin qərarı ilə o, sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

Şərhlər

dadaşyev 2023-03-06 10:24:30

Belələrinin əlinə süpürgə versinlər,15 gün süpürtdürsünlər küçələri,onda anlayarlar ki,küçələrdə oyun çıxararaq yox,cəmiyyət qaydalarına tabe olaraq adam kimi yaşamaq lazımdır.Ingilislər kimi,almanlar kimi,yaponlar kimi,italyanlar kimi.Fikir verin,bu gün bəşəriyyətin istifadə etdiyi bütün icadlar cəmiyyət halında yaşamağı bacaran xalqlar tərəfindən ortaya çıxıb.Kibritin,fotoqrafiyanın,elektrikin,teleqrafın,radio-televiziyanın,maqnitofonun,qatarın,təyyarənin,kompyuterin,hava şarının,sualtı gəminin və sair və ilaxırın icadı adam kimi yaşamağı bacaran,başqasının rahatlığını pozmağı eşşəklik hesab edən topluluqlarda yaranıb.Bizdə icad-filan mümkün deyil,çünki icada beynimizi yormaqdansa küçələrdə,toyxanalarda,marketlərdə-filanda meymunluq edə bilmirikmi?Ən azı maşında pəncərələri açıb “duppadup” səslər çıxaran melodiyaları son dərəcə yüksək səslə səsləndirərək milləti narahat edə bilmirikmi?Eşşəklik qədər asan nə var dünyada?Ən çətini adam olmaqdı.O da belə düşüncəylə mümkün olan şey deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol