Menu

Türkiyədə inflyasiya azalmaqda davam edib

06.03.2023, 10:37
Türkiyədə inflyasiya azalmaqda davam edib

Türkiyədə illik inflyasiya dörd aydır azalmaqda davam edir.

"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, fevralda inflyasiya 55,18% təşkil edib.

İstehlak qiymətləri indeksi aylıq 3,15%, istehsal qiymətləri isə76,61% artıb. Qeyd edilib ki, istehsal qiymətlərində artım son 15 ayda ən aşağı səviyyəyə düşüb.

Türkiyə Mərkəzi Bankı da inflyasiyanın azalmasını nəzərə alaraq fevralın 23-də uçot dərəcəsini 8,5 faizə endirib.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol