Menu

“F-16" -larla bağlı yenilik... – ABŞ ukraynalı pilotlara təlim keçir

06.03.2023, 12:22
“F-16" -larla bağlı yenilik... – ABŞ ukraynalı pilotlara təlim keçir

ABŞ prezidenti Co Bayden Ukraynaya "F-16" döyüş təyyarələrinin göndərilməyəcəyini açıqlasa da, ABŞ rəsmiləri iki ukraynalı pilotun təlimlər üçün Arizonada olduğunu bildiriblər.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Pentaqonun rəsmi açıqlamasına görə, təlimə qatılan ukraynalı pilotlar qabaqcıl döyüş təyyarələrindən istifadə etməyi öyrənəcək və bu yolla öz bacarıqlarını artıracaqlar.

Qeyd olunur ki, rəsmilər "F-16"-ların Ukraynaya tədarükü ilə bağlı fərqli bir qərar qəbul etməyiblər. Ancaq ukraynalı piotların "F-16"-larda təlim keçdiyini nəzərə alınarsa, gələcəkdə bu təyyarələrin Ukraynaya tədarükü istisna edilmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol