ŞƏHİDİMİZ İKİNCİ ŞƏHİDLƏR XİYABANINDA DƏFN EDİLDİ - Fotolar + VİDEOLAR

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub.

Şəhidimiz İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

11:53

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi başa çatıb.

Oxu.Az xəbər verir ki, şəhidimizin cənazəsi dəfn edilməsi üçün İkinci Şəhidlər xiyabanına aparılır.

11:05

Şəhid Şəhriyar Əlibəylinin xatirəsinə ehtiramla yaşadığı bina sakinləri eyvanlardan bayraqlar asıblar.

Şəhidin cənazəsi yaxın dəqiqələrdə dəfn üçün yaşadığı evdən çıxarılacaq.

Qeyd edək ki, dəfn mərasimi İkinci Şəhidlər xiyabanda baş tutacaq.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

10:10

Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəhriyar Əlibəylinin vida mərasiminə gəliblər.


1994-cü il təvəllüdlü şəhid Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi davam edir.

09:08

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib.

Oxu.Az xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir.

Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar