Menu

Yaponiya və ABŞ “Dəmir Yumruq” adlı birgə hərbi təlim keçiriblər

06.03.2023, 17:35
Yaponiya və ABŞ “Dəmir Yumruq” adlı birgə hərbi təlim keçiriblər

Yaponiya və ABŞ hərbçiləri adaların müdafiəsi və işğal olunmuş adaların geri alınması simulyasiyası üzrə birgə hərbi təlimlər keçiriblər.

“AzPolitika.info” “The Japan Times”-a istinadla xəbər verir ki, “Dəmir yumruq” adlanan təlim Nansey adalarına yaxın bir bölgədə keçirilib.

Hərbçilər Kaqoşimanın Kikayjima adasına paraşütlə eniş edərək, qarşıya qoyulan tapşırıqları koordinasiyalı şəkildə icra ediblər.

Təlimlərin martın 12-dək davam etməsi planlaşdırılır

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol