“Əgər bu şəkildə və bu sürətlə davam etsək, siz və mən hər hansı bir uğur görəcək qədər çox yaşamayacağıq. Və dürüst olaq, bizim rəhbərliyimiz də Ukraynadakı müharibənin sonunu görəcək qədər uzun yaşamayacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Mixeyev “Rossiya-1” telekanalında yayımlanan “Solovyovla bazar axşamı” verilişində deyib.
“Mövqeyimiz ciddi şəkildə pisləşib. Biz ya irəliləyib suverenliyi təqlid etməyi dayandırıb həqiqətən uğur qazanacağıq, ya da böyük uğursuzluqla üzləşib geri çəkiləcəyik”- deyə, o, əlavə edib.
Daha sonra Mixeyev silahlı qüvvələri Rusiyanın texnoloji üstünlüyünü nümayiş etdirmək üçün uzaq məsafədən zərbələr endirməklə, Ukraynanı dəstəkləyən xalqlar üçün problem yaratmağa çağırıb.
“AzPolitika.info”


Şərhlər