Menu

Gürcüstan parlamentində əlbəyaxa... - “Xarici agent” qanunu aranı qatıb + VİDEO

06.03.2023, 18:50
Gürcüstan parlamentində əlbəyaxa... -  “Xarici agent” qanunu aranı qatıb + VİDEO

Gürcüstan parlamentində “Xarici agent” qanununun müzakirəyə çıxarılması deputatlar arasında əlbəyaxa davaya səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, anti-Qərb mövqeli “Xalqın gücü” hərəkatının hazırladığı qanun parlamentin hüquq komitəsində müzakirə edilərkən, müxalifətdən olan deputatlar Salome Samadaşvili, Xatuna Samnidze və digərləriUkraynada Rusiya gəmisi barədə məşhur ifadənin yer aldığı plakat açıblar. Bununla da müxalifətçilər qanunu təklif edən və müzakirəyə çıxaran hakimiyyəti Rusiyaya xidmət etməkdə günahlandırıb.

Bundan sonra müxalif deputatlarla hakim “Gürcü arzusu” fraksiyasının millət vəkilləri arasında əlbəyaxa dava başlayıb.

Məlumatda deyilir ki, insident nəticəsində deputatların bəziləri parlamentdən zorla çıxarılıb.

Xatırladaq ki, sözügedən qanun Rusiyada qəbul edilən analoji qanun kimi anti-demokratik akt olaraq qəbul olunur və siyasi, demokratik, vətəndaş cəmiyyəti təsisatlarının xaricdən qrant almasını, maliyyələşməsini məhdudlaşdırır. Həmin qanun belə qurumları, şəxsləri “xarici agent” elan edir.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol