“Müharibəni uzatmaq və gərginliyi artırmaq istəyən görünməz bir əl var”.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Çinin xarici işlər naziri Qin Qanq bildirib.
ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı sanksiyalarını tənqid edən Qanq bunları deyib: “Çini günahlandırmaq, hətta sanksiyalar və təhdidlərə layiq görüləcək nə etdi? Bu, qətiyyən qəbuledilməzdir. Çin Rusiya-Ukrayna müharibəsində hər iki tərəfə də silah verməyib. Çin böhranın yaradıcısı və ya birbaşa iştirakçısı deyil”.
“AzPolitika.info”


Şərhlər