Menu

“Akşenər əlini masaya çırpıb bağırıb...” - “Masa az qala yenidən dağılacaqdı...”

07.03.2023, 18:04
“Akşenər əlini masaya çırpıb bağırıb...” - “Masa az qala yenidən dağılacaqdı...”

Dünən CHP lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namziədliyinin elan olunması ilə nəticələnən “altılı masanın” son toplantısında yenidən gərginlik yaşanıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Halk TV” yazarı İsmayıl Saymaz bildirib.

O, qeyd edəb ki, İstanbul və Ankara bələdiyyələri sədrlərinin vitse-prezident olmaları barədə təklifi Meral Akşenerə Əkrəm İmamoğlu və Mansur Yavaş çatdırıb.

Jurnlaist yazır ki, İYİ Partiyasının sədri masanın toplantısında bu təklifi gündəmə gətirərkən DEVA Partiyasının sədri Əli Babacan kəskin etiraz edib : “Bundan sonra toplantıda səslər yüksəlib, Meral Akşener əlini masaya çırparaq “yetər!” deyə bağırıb....”

Jurnalist Saymaz, “az qalsın masa yene dağılacaqdı”- deyə, vurğulayıb.

“Hətta etirazlar zaldan kənara çıxmışdı, Akşener xidməti maşınını hazırlamağı tapşırdı. Bu arada Davudoğlu müdaxilə edib,razılıq əldə olunub. Davudoğlu mübahisəli 12-ci maddəni qələmə alıb və mətnə yerləşdirib”- deyə, İsmayıl Sayman bildirib.

CHP-nin keçmiş millət vəkili Barış Yarkadaş isə bildirib ki, Davudoğlunun müdaxiləsi ilə yenidən masaya gələn Akşener, ortaq vəkil siyahısına daxil olmayacağını və millət vəkili seçkilərində öz siyahısı ilə iştirak edəcəyini bəyan edir. 

"Heç bir problem yoxdur; bu sizin öz seçiminizdir. Lakin onun yaratdığı böhran müxalifətə böyük zərbə vurdu. Bu, utancvericidir..." -deyə, bildirib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Veteran 2023-03-07 19:34:14

Qılıclaroğlunun partiyadan rədd edilməsi seçgidən sonra reallaşacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol